BMU -da KOBLENZ · LANDAU Universitetinin əməkdaşı ilə görüş keçirilmişdir

 

Almaniyanın  Koblenz Landau Universitetinin nümayəndəsi Dr. Qabriela Bakı Mühəndislik Universitetində olub. Qonaqları qəbul edən universitetin Xarici əlaqələr şöbəsinin müdiri Arif Nəcimov , Texnoparkın müdiri texnika elmlər namizədi  Elçin Qurbanov , İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov və aidiyyatı şəxslər   BMU-nun Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Rektor qonaqlara ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Almaniya Azərbaycan dövlətləri və xalqları arasında münasibətlərinin yüksək səviyyədə olmasından, Azərbaycanda yeni sənaye parklarının fəaliyyətindən danışıb. Universitetin fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi və akademik kadr potensialı, beynəlxalq əlaqələri, uğurları və inkişaf strategiyası barədə ətraflı məlumat verib. 
Dr Qabriela təmsil etdiyi universitet haqqında və Azərbaycan universitetləri ilə əməkdaşlıq imkanları barədə məlumat verib. Bildirib ki, BMU ilə birlikdə tələbə-müəllim mübadilə proqramları, birgə konfranslar və layihələr həyata keçirmək olar. 
Görüşdə əməkdaşlıq istiqamətlərinin müəyyən olunması üzrə müzakirələr aparılıb və tərəflər arasında əməkdaşlıq memorandumu imzalanıb.
    BMU-nun aidyyatı şəxsləri qonaqı universitetin texnoparkı və laboratoriyaları ilə tanış ediblər.

 

Leave a comment