Firmalar

Bu istiqamət əsasında mövcud sahibkarlıq subyektləri ilə (rezidentlərlə) birlikdə iş aparılır. Sahibkarlıqda innovasiya fəaliyyətlərinin əsas hissəsini BMU Texnoparkında ofis açmış şirkətlərin həyata keçirdiyi layihələr əhatə etsə də, digər şirkətlərlə də müxtəlif layihə və ya proqramlarda müştərək fəaliyyətlər təşkil olunmaqla ekosistemin imkanları gücləndirilir.

İndiyə kimi, Texnoparkda 20 müxtəlif şirkət ofis və ya tədqiqat mərkəzi açmışdır. Bu şirkətlər texnoparkda, müştərək və ya müstəqil formada, 40-dan çox layihə həyata keçiriblər. Şirkətlərin bu cür fəaliyyətləri hazırda da davam edir.

Febellex

Fincan, qaşıq, çərçivə, telefon case-lərin və s. məişətdə istifadə olunan əşyaların dekorasiyası, karikatur formal heykəlciklərin hazırlanması, polimer gildən müxtəlif bəzək əşyaları və bijuteriyalrın hazırlanması.

instagram.com/p/Bhl7qsfh5BG/?r=wa1

Magnefique

Biz sadəcə əlimizdə olan ləvazimatlar və alətlərlə öz yaradıcı fikirlərimizi kiçik hədiyyələrə çeviririk. Hər birimiz sevdiklərimizə ,onlara dəyər verdiyimizi göstərəcək  və üzlərində təbəssüm yaradacaq bir şeylər axtarırıq. “Magnifique” kağız və şəkillərdən sehirli qutular, albomlar düzəldə-rək  həm bizim həm də sevdiklərimizin üzünü güldürə  bilir.

LEAN Consulting

lean.org.az

Lean Consulting istehsalat və xidmət sektorunda lider konsaltinq şirkət olaraq müştərilərinə “Lean” fəlsəfəsini əsas alaraq onların davamlı inkişafında və kompleks problemlərinin həllində professional xidmətlərini təklif edir. Şirkətin yüksək ixtisaslı mühəndisləri sənaye və xidmət sektorundakı müştəriləri üçün iş proseslərinin analizi və optimallaşdırılması, istehsalın planlanması, anbarın idarə edilməsi, layihələrin idarə olunması, istehsal xəttinin balanslaşdırılması və logistika bölmələri üzrə araşdırmalar aparır, problemlərin həllini professional şəkildə həyata keçirir və eyni zamanda  bu istiqamətdə təlimlər verir.

Hype Life

Elektrokimyəvi üsulla alınan natrium hipoxlorit konsentrasiyasından aslı olaraq bir sıra məqsədlər üçün istifadə oluna bilər. Bunlara ağardıcı vasitə, ləkə (kir, pas) təmizləyici, dizenfeksiyaedici, sianidli suların işlənməsi, qoxu aparıcı, dişin müalicəsi (endodontik), deri zədələnmələrinin müalicəsi, sintez laboratoriyalrında oksidləşdirici və s. istifadə sahəlrəinə malikdir. “Vanish” və “ACE” kimi brandların tərkibində 5-30%-ə qədər natrium hipoxlorit əlavə edilir ki buda məhslun ağardıcı və dizenfeksiya edici qabiliyyətini təmin edir. Həmin məhsullar xaricdən idxal olunur və yerli bazarda qiyməti kifayət qədər yüksəkdir. Hipoxlorit xlorlu su (xlor) ilə müqayisədə daha effektiv təmizləyici vasitədir.

Mirvari Store

Layihə “upcycling” konseptinə uyğun moda məhsullarının hazırlanması ilə məşğul olur. Hazıda müxtəlif prototiplərin hazırlanmasını həyata keçirirlər. https://www.instagram.com/mirvari_store/?hl=ru