İnkubasiya Mərkəzi

BMU-nun Texnoparkı təşəbbüskar düşüncəyə malik gənclər  üçün yaratdığı imkanlar onların  startaplara marağını artırır. Gənclərin məşğulluğunun artırılması, sahibkarlıq ideyalarının təşkili və gənclərin sahibkarlıqla məşğul olmağa cəlb olunması məqsədilə Texnoparkda İnkubasiya Mərkəzi fəaliyyət göstərir. Mərkəzə innovativ düşüncəyə malik, müxtəlif layihələri olan gənclərdən ibarət komandalar cəlb olunurlar. Burada gələcək sahibkarlara öz ideyalarını daha effektiv reallaşdırmaları üçün lazimi şərait yaradılır. Gənclər bizneslərini qurmaq üçün inkubasiya və akselerasiya proqramlarından faydalanırlar. Uğurlu layihələr BMU-nun tərkibində fəaliyyət göstərən İnnovasiya Mərkəzinin dəstəyi ilə real bazara yönləndirilir.