Yeni fikir müsabiqəsi

Azərbaycanda innovasiya ekosisteminin formalaşmasında, o cümlədən startapların inkişafında xüsusi rol oynayan Bakı Mühəndislik Universiteti (BMU) bu sahədə BP şirkəti ilə əməkdaşlığa başlayır. Belə ki, “Yeni Fikir VI” startap müsabiqəsi BMU-nun təşkilatçılığı və BP-nin maliyyə dəstəyi ilə keçirilir.

Müsabiqədə təkcə Bakı Mühəndislik Universiteti mənsubları deyil, Azərbaycan Respublikasında yaşayan hər kəs iştirak edə bilər.

“Yeni Fikir” startap müsabiqəsi (YFM) innovativ sahibkarlığın (təşəbbüskarlığın, startapların və ya texnosahibkarlığın) inkişafını təşviq edən və dəstəkləyən layihədir. İndiyə kimi, 5 dəfə keçirilən YFM-yə 842 startap layihəsi (o cümlədən YFM 2013-ə 87, YFM 2014-ə 212, YFM 2015-ə 196, YFM 2016-ya 199, YFM 2017-yə 148 startap layihəsi) müraciət edib. Onlardan 100-dən çoxunun inkişafına bilavasitə dəstək verilib. 35 layihənin inkişafı isə, sponsor və tərəfdaşların dəstəyi ilə, toxum investisiya və inkubasiya xidmətləri ilə dəstəklənib.

“Yeni Fikir” startap müsabiqəsi hazırda 6-cı dəfə keçirilir. “Yeni Fikir VI” startap müsabiqəsi BP şirkətinin maliyyə dəstəyi ilə keçirilir. BP şirkəti Müsabiqənin keçrilməsini  dəstəkləməklə Azərbaycanda aparılan islahatların ən aktual istiqmətlərindən biri hesab olunan, innovasiya ekosisteminin güclənməsinə, həmçinin innovativ sahibkarlığın inkişafına ciddi töhfələr verir.

BP-nin maliyyə dəstəyi ilə keçirilən “Yeni Fikir VI” startap müsabiqəsi əvvəlki müsabiqələrdən fərqli olaraq, həm də ekosistemə yeni startapların daxil olmasını təmin edir. Belə ki, ayrılan maliyyə dəstəyi ilə keçiriləcək təlim və mentorluq proqramları mövcud startapların güclənməsini təmin etməklə yanaşı, yeni startap layihələrinin formalaşması və inkişafına şərait yaradır.

Müsabiqə aşağıdakı ardıcılıqla həyata keşirilir:

  1. Startap layihələrinin qeydiyyatı mərhələsində mövcud startap layihələrinin qeydiyyatı təmin edilməklə yanaşı, ekosistemin aparıcı mütəxəsislərinin təqdimatında, təlim və mentorluq xidmətləri ilə bazara yeni startap layihələrinin gətirilməsi də dəstəklənir. Layihələrin qeydiyyatı prosesi yenifikir.az elektron səhifəsinə daxil olmaqla aparılır. Layihələrin qeydiyyatı zamanı qarşıya qoyulan əsas meyarlar iddia olunan ideyanın innovativliyi, biznes strategiyası və layihə komandasının idddianın təmin olunmasına uyğunluq dərəcəsidir.
  2. Növbəti mərhələdə qeydiyyata alınmış startap layihələrin ilkin qiymətləndirilməsi aparılır. Qiymətlənirmə prosesində əsas götürülən meyarlar layihələrin qeydiyyatı zamanı qarşıya qoyulan tələblərə uyğun aparılır. İlkin qiymətləndirmənin nəticələrinə uyğun olaraq, yarımfınalçılar müəyyən edilir.
  3. Yarımfinal mərhələsinə hazırlıq prosesində yarımfınala vəsiqə qazanmış layihə komandalarının gücləndirilməsi və inkişafı həyata keçirlir. Bu proses ekosistemin aparıcı mütəxəsislərinin təqdimatında, təlim və mentorluq xidmətləri ilə baş verir. Ümumi təlimlərlə yanaşı, hər bir layihə komandası mentorluq xidmətləri ilə gücləndirlir.
  4. Yarımfinal mərhələsində yarışan komandalar arasından finalçılar seçilir. Bu proses yarımfinalçıların münsiflər heyəti qarşısında təqdimatı ilə baş verir.
  5. Final mərhələsinə hazırlıq prosesində fınala vəsiqə qazanmış layihə komandaları spesifik seçilən təlim və mentorluq xidmətləri ilə daha da gücləndirlir. Bu zaman layihərin real bazara hazırlanması ilə yanaşı, investorların marağını çəkə bilmək üçün addımlar atılır.
  6. Final mərhələsində yarışan startap komandalardan ən perspektivli 5 layihə seçilir və qalib olaraq elan edilir. Ən perspektiv startap layihələri kimi qalib komandalar investorlara və geniş ictimaiyyətə təqdim edilir.
  7. Qalib gəlmiş startap layihələrinin şirkətləşməsi prosesi inkubasiya və ya akselerasiya proqramlarının tətbiqi ilə aparılır. İnkubasiya və ya akselerasiya proqramlarının tətbiqi prosesinin Bakı Mühəndislik Universiteti Texnoparkında və “İnnoland” İnkubasiya və Akselerasiya Mərkəzində təmin edilməsi nəzərdə tutulub. Bu zaman layihələrin şirkətlərşməsi yolunda zəruri məqamlar da  BP-nin ayırdığı maliyyə imkanları ilə dəstəklənir.

Müsabiqənin gedişi və müxtəlif məqamları, həmçinin qaydaları haqqında, davamlı olaraq, yenifikir.az veb səhifəsində, eləcə də Müsabiqənin rəsmi @Yenifikir “facebook” səhifəsində məlumat verilir.

“Yeni Fikir VI” startap müsabiqəsi 7 ay müddətində həayata keçiriləcək. Müsabiqənin layihə rəhbəri Bakı Mühəndislik Universitetinin dosent İsa Qasımovdur.

Hazırda Azərbaycanda innovasiya ekosisteminin, o cümlədən startap ekosisteminin inkişafı istiqamətində geniş islahatların aparıldığını nəzərə alaraq, qeyd edə bilərik ki, Müsabiqənin işinə dövlət və özəl sektordan digər təşkilatların da qoşulması istisna deyil.

Müsabiqədə proseslər Azərbaycan dilində yerinə yetirilir.

            Əqli mülkiyyət:

            Bütün fikir və ideyalar müəllifin (və ya müəlliflərin) mülkiyyəti kimi qorunur.

            Təşkilatçılar:

            Bakı Mühəndislik Universiteti

            Yeni Fikir MMC

            Sponsor:

            BP şirkəti