Təhsil

BMU-da dəyişiklik: Təşəbbüskarlıq – Unitalks

Oktyabrın 12-də saat 14-00 Bakı Mühəndislik Universitetində (BMU) startapla bağlı seminar keçiriləcək”. Bunu açıqlamasında Bakı Mühəndislik Universitetinin İnnovasiya Mərkəzinin rəhbəri Elçin Yusubov deyib. Elçin Yusubov, həmçinin bildirib ki, BMU-da keçirilən “Təşəbbüskarlıq” seminarının adı dəyişdirilib: “Seminarın adını dəyişib “Unitalks” qoyduq. Ad dəyişsə də missiyamız dəyişməyib. Bundan sonra da bu seminarlarla gənc startapçılarımızı, tələbələrimizi aydınlatmağa çalışacağıq.

Ətraflı bax
Təhsil

BMU-nun əməkdaşı Beynəlxalq Texnologiya Transfer Ofisləri Konqresində ölkəmizi təmsil edib

Bakı Mühəndislik Universitetinin (BMU) İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov sentyabrın 26-dan 28-dək Türkiyədə keçirilən 1-ci Beynəlxalq Texnologiya Transfer Ofisləri Konqresində iştirak edib. ESOGÜ Konqres və Mədəniyyət mərkəzində təşkil olunan tədbirdə Türkiyə ilə yanaşı dünyanın bir çox ölkələrindən texnologiya transfer mütəxəssisləri, alimlər, investorlar iştirak ediblər. “Gələcəyə iz qoy!” şüarı ilə keçirilən konqres Eskişehir Osmanqazi Universitetinin

Ətraflı bax
Elan

ELAN!Təşəbbükarlıq Seminarı!

Hörmətli Dostlar! Beynəlxalq əlaqələr üzrə prorektorluq, İnnovasiya mərkəzi və Texnoparkın təşkilatçılığı ilə Təşəbbüskarlıq seminarı keçiriləcəkdir. SS&Sons Engineering adlı Startup-ın “Avtomobillərin yan güzgülərin avtomatik test cihazı” adlı mövzusunda Pakistan İslam Respublikasının İqra Universitetinin məzunları Syed Abutalib Naqvi və Muhammad Shahmir ur Rahim çıxış edəcəklər. Tədbir 17 Sentabr 2019-cu il tarixində saat 11:00-də Bakı Mühəndislik Universitetinin əsas binasının AKT zalında keçiriləcəkdir. Tədbirə hər kəs dəvət olunur!

Ətraflı bax
Elan

ELAN!Hörmətli BMU-nun tələbələri və müəllimləri!

Enactus nədir?
Enactus Nə ilə məşğul olacaq?

Ətraflı bax
Elan

BMU-nun İnnovasiya Mərkəzi İnnovasiya Agentlyinində!

Bu gün BMU-nun İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov İnnovasiyalar Agentliyini ziyarət edib. Görüş zamanı İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli agentliyin həyata keçirdiyi layihələr, fəaliyyəti və gələcək planlar haqqında məlumat verib. MU-nun İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov ali təhsil sektorunda innovativ həll və fəaliyyətin vacibliyini vurğulayıb və BMU-nun bu istiqamətdə fəaliyyəti haqqında danışıb.

Ətraflı bax
Elan

BMU-nun İnnovasiya Mərkəzi İdrak Texnoloji Transfer MMC-də

Bu gün BMU-nun İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov İdrak şirkətini ziyarət edib. Görüş zamanı İdrak şirkətinin direktoru Hikmət Abdullayev agentliyin həyata keçirdiyi layihələr, fəaliyyəti və gələcək planlar haqqında məlumat verib. BMU-nun İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov ali təhsil sektorunda innovativ həll və fəaliyyətin vacibliyini vurğulayıb və BMU-nun bu istiqamətdə fəaliyyəti haqqında danışıb.

Ətraflı bax
Elan

BMU -da KOBLENZ · LANDAU Universitetinin əməkdaşı ilə görüş keçirilmişdir

Almaniyanın Koblenz Landau Universitetinin nümayəndəsi Dr. Qabriela Bakı Mühəndislik Universitetində olub. Qonaqları qəbul edən universitetin Xarici əlaqələr şöbəsinin müdiri Arif Nəcimov , Texnoparkın müdiri texnika elmlər namizədi Elçin Qurbanov , İnnovasiya Mərkəzinin müdiri Elçin Yusubov və aidiyyatı şəxslər BMU-nun Azərbaycan Respublikasında mühəndis texnologiyalarının tədrisinin təkmilləşdirilməsini və bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etmək məqsədi ilə, 8 noyabr 2016-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə yaradıldığını diqqətə çatdırıb. Rektor qonaqlara ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə Almaniya Azərbaycan dövlətləri və xalqları arasında münasibətlərinin yüksək səviyyədə olmasından, Azərbaycanda yeni sənaye parklarının fəaliyyətindən danışıb. Universitetin fəaliyyət istiqamətləri, maddi-texniki bazası, elmi və akademik kadr potensialı, beynəlxalq əlaqələri, uğurları və inkişaf strategiyası barədə ətraflı məlumat verib.

Ətraflı bax