“Oktyabrın 12-də saat 14-00 Bakı Mühəndislik Universitetində (BMU) startapla bağlı seminar keçiriləcək”.
Bunu açıqlamasında Bakı Mühəndislik Universitetinin İnnovasiya Mərkəzinin rəhbəri Elçin Yusubov deyib.
Elçin Yusubov, həmçinin bildirib ki, BMU-da keçirilən “Təşəbbüskarlıq” seminarının adı dəyişdirilib: “Seminarın adını dəyişib “Unitalks” qoyduq. Ad dəyişsə də missiyamız dəyişməyib. Bundan sonra da bu seminarlarla gənc startapçılarımızı, tələbələrimizi aydınlatmağa çalışacağıq”.